“McDonald’s Azərbaycan” şirkəti plastikdən istifadəni əhəmiyyətli dərəcədə azaldır
“McDonald's Azərbaycan” şirkətinin Fəvvarələr meydanında yerləşən restoranında plastik stəkana həsr edilmiş kreativ stend quraşdırılıb.
Bu eksponat “McDonald's Azərbaycan” şirkətinin plastikdən istifadəni əhəmiyyətli dərəcədə azaltması, eyni zamanda bioparçalanma qabiliyyətinə malik və sertifikatlaşdırılmış materiallardan istifadəyə keçməsi ilə bağlı özünəməxsus bir ismarışdır.
“McDonald's”ın tədarükçüləri əsas bioloji ehtiyatların sertifikatlaşdırılması üzrə beynəlxalq tələblərə cavab verirlər. Qeyd edək ki, kağız və karton qablaşdırmalar tam olaraq meşələrə zərər vurmayan sertifikatlı xammaldan hazırlanır. Bu vacib qərar şirkətə illik 32 ton plastikdən istifadəni ixtisar etməyə və restoranın fəaliyyətini daha ekoloji vəziyyətə gətirməyə imkan verəcək.
“McDonald's” şirkəti öz restoranlarının iş prosesində innovativ ekoloji həlləri daim sınaqdan keçirir və tətbiq edir. Korporasiyanın planlarına görə, 2025-ci ilədək dünyanın 120 ölkəsində fəaliyyət göstərən 38 mindən çox “McDonald's” restoranında istifadə edilən məhsul qablaşdırması və ləvazimatları bərpa olunan təkrar emal materiallarından istehsal olunacaq.