Tariximiz

Rey Krokun hekayəsi

52 yaşında bir restoran biznesi yarada və çox qısa zamanda uğur qazanmaq olarmı? Rey Krokun dediyi kimi: “Sözsüz ki, mən bir anda uğur qazandım, amma bu 30 illik uzun bir an idi.”

 

Hər şey necə başladı

1917-ci ildə 15 yaşlı Rey Krok yaşı haqqında yalan danışaraq təcili yardım sürücüsü kimi Qırmızı Xaç cəmiyyətinə qoşuldu, lakin təlimini bitirmədən müharibə sona çatdı. Daha sonra o, piano ifaçısı, kağız stəkan və multimikser satıcısı olaraq işlədi. 1954-cü ildə o, Kaliforniyanın San-Bernardino şəhərində bir neçə multimikser almış bir restoranı ziyarət etdi. Bu Dik və Mak Makdonald qardaşlarının işlətdiyi kiçik, lakin uğurlu bir restoran idi və Rey onların fəaliyyətlərinin effektivliyindən heyrətləndi. Makdonald qardaşları yalnız bir neçə məhsul – burger, kartof fri və içkilərdən ibarət məhdud bir menyu hazırlamışdılar və bunun sayəsində diqqətlərini keyfiyyətli və sürətli xidmətə cəmləyə bilmişdilər.

Onlar yeni françayzinq agenti axtarırdılar və Krok burada özü üçün bir fürsət gördü. 1955-ci ildə o, “McDonald's System, Inc.” şirkətini (“McDonald’s” korporasiyasının sələfi) qurdu, altı il sonra isə “McDonald's” adı və fəaliyyət sisteminə dair inhisar hüquqlarını satın aldı. 1958-ci ildə “McDonald's” 100 milyonuncu hamburgerini satdı.

 

Mükəmməl yanaşma

Rey Krok davamlı olaraq yüksək keyfiyyətli və vahid hazırlanma üsullarına malik yeməklər təqdim etməklə məşhur olacaq bir restoran sistemi qurmaq istəyirdi. O, istəyirdi ki, Alyaskada  təqdim olunan burger, kartof fri və içkilərin dadı Alabamada təqdim olunanlardan heç nə ilə fərqlənməsin.

Buna nail olmaq üçün Rey Krok bənzərsiz bir yol seçdi: həm françayzerləri, həm də təchizatçıları onun öz nəzər nöqtəsi ilə razılaşmağa inandırmaq, yəni “McDonald’s”a deyil, “McDonald’s” ilə birlikdə özləri üçün çalışmağa. O, “biznesdə özünüz üçün, lakin tək özünüz deyil” şüarını təbliğ edirdi. Onun fəlsəfəsi sadə 3 ayaqlı oturacağın prinsipinə əsaslanırdı: ayaqlardan biri “McDonald’s” françayzerləri, ikincisi – “McDonald’s” təchizatçıları, üçüncüsü isə “McDonald’s” işçiləri idi. Bu üç ayaq nə qədər möhkəmdirsə, onlara dayanan oturacaq da bir o qədər möhkəmdir.

“Əgər mən keyfiyyət, xidmət, təmizlik və dəyər ifadəsini təkrarladığımda hər dəfə bir kərpic alsaydım, düşünürəm ki, Atlantik okean üzərindən bir körpü tikmiş olardım.” – Rey Krok

 

İlk növbədə sistem

Hər şeydən əvvəl Krok sistem yanaşmasına sadiq qalmağa çağırırdı. Belə ki, “Filet-O-Fish” və “Big Mac” kimi “McDonald’s”ın ən məşhur menyu bəndləri françayzerlər tərəfindən yaradılmış olsa da, “McDonald's” fəaliyyət sistemi françayzerlərdən keyfiyyət, xidmət, təmizlik və dəyərlərə dair “McDonald’s”ın əsas prinsiplərinə riayət etmələrini tələb edirdi.

 

Keyfiyyətin əsasları

“McDonald’s”ın ilk növbədə keyfiyyətə üstünlük verməsi özünü ərzaqların idarəetmə sisteminə uyğun şəkildə test edilməsi, dadılması və təkmilləşdirilməsində biruzə verirdi. İlk təchizatçılarına gələcək həcmləri satarkən Krok “McDonald’s”ın gələcəyi ilə bağlı öz fikirlərini bölüşdü.  Ona inandılar və restoran sürətlə inkişaf etdi.

Rey Krok partnyorlar axtarışında idi və ictimai iaşə sahəsində ən inteqrasiya edilmiş, səmərəli və yenilikçi təchizat sistemi yaratmağı bacardı. Bu təchizatçılarla əlaqələr onilliklər ərzində inkişaf edirdi. Əslində bu gün fəaliyyət göstərən bir çox “McDonald’s” təchizatçıları ilk olaraq Rey Krokla razılaşaraq öz biznesinə başlamışdı.

 

Hamburger Universiteti

1961-ci ildə Krok, İllinoys ştatının Elk Qruv Villic şəhərindəki yeni “McDonald’s” restoranında daha sonra Hamburger Universiteti adlanan bir təhsil proqramına start verdi. Orada françayzerlərə uğurlu bir “McDonald’s” restoranını idarə etmək üçün uyğun metodlar barədə təlim keçilirdi. “Hamburger U” şirkəti yeni bişirmə, dondurma, saxlama və təqdim etmə üsullarını inkişaf etdirmək üçün İllinoys ştatının yaxınlıqdakı Addison şəhərində bir tədqiqat və inkişaf laboratoriyasından istifadə edirdi. Bu günə qədər proqramdan 275.000-dən çox françayzer, menecer və işçi məzun yararlanmışdır.

 

Əfsanə yaşayır

14 Yanvar 1984-cü ildə vəfat edənə qədər Rey Krok “McDonald’s”da işləməyi dayandırmadı. Onun irsi bu gün də davam edərək “McDonald’s” müştərilərinə əla və əlçatan yeməklər, komandaya və françayzerlərə artım imkanları, təchizatçılara isə ən yüksək keyfiyyətli ərzaq və məhsulları təchiz etmək üçün ortaq bir öhdəliklər təqdim edir.

Rey Krokun irsi – innovasiya və səmərəliliyi üstün tutma, davamlı olaraq keyfiyyəti əsas tutma, çox sayda xeyriyyəçi töhfələri – həm bu gün, həm də gələcək üçün “McDonald's”ın ilham verici və ayrılmaz bir hissəsi olaraq qalır.

 

Bir an kimi keçən böyük dövr

1999-cu ildə Fəvvarələr meydanında Azərbaycanda ilk “McDonald’s” restoranının açıldığı gündən bəri ölkəmizdəki restoranların sayı 20-yə çatıb. Bununla belə, “McDonald's” böyüməyə və Azərbaycanın yeni şəhərlərinə də genişlənməyə davam edir. Bu gün Azərbaycandakı “McDonald’s” ailəsinin 1.400-dən çox əməkdaşı var.