Sağlamlıq və Təhlükəsizlik
McDonald’s-da əməkdaşlarımızın və qonaqlarımızın təhlükəsizliyi bizim üçün başlıca prioritetdir. Bu gün biz dövlətin və səhiyyə orqanlarının tövsiyələrinə tam ciddiyətilə riayət edirik. Restoranın heyəti və ziyarətçilərini qorumaq üçün koronavirusa qarşı təhlükəsizlik tədbirlərini həyata keçirməyə davam edəcəyik.
Sizi və restoran heyətini qoruyaraq
Fərdi Müdafiə Vasitələri
Restoranın bütün heyəti əlcək və maska kimi fərdi müdafiə vasitələrindən istifadə edir.
Gigiyena
Ciddi gigiyena normalarımıza əlavə olaraq gücləndirilmiş tədbirlər qismində restoranın bütün heyəti hər saat ciddi əl yuma prosedurlarını yerinə yetirir.
Restoranın Təmizliyi
Sizin təhlükəsizliyinizi təmin etmək üçün biz tez-tez istifadə olunan yerləri – piştaxta, köşk, həmçinin masa, oturacaq və məcməyi kimi əşyaları təmiz və dezinfeksiya olunmuş halda saxlamaq üçün mümkün hər şeyi edirik.
Sosial Məsafə
Məlumatlandırıcı lövhələr və personalımız lazımi ara məsafəsini qorumaqda sizə yardımçı olacaq.
Oturma zonaları
Oturma zonaları istifadəyə verildikdə sosial məsafənin qorunması məqsədilə oturacaq yerləri məhdudlaşdırılacaq. Məlumatlandırıcı işarələr və restoranın personalı sizi boş olan təmiz yerə yönəldəcək və sifarişinizi masanıza çatdıracaq.
Hər kəs üçün sifariş növləri
Siz öz sifarişinizi MakAvto və ya McDelivery vasitəsilə edə bilərsiniz.
MakAvto
Siz öz sifarişinizi MakAvto xidməti vasitəsilə edə bilərsiniz.
McDelivery®
McDelivery® vasitəsilə Wolt və ya Hungry.az ilə sifariş verdiyiniz sevimli yeməklərinizi birbaşa qapınızda qəbul edin.
Мы используем cookies, чтобы вам было проще и удобнее пользоваться нашим сайтом. Спасибо за то, что вы с нами!
Узнать что такое cookies и как их удалить.
ОК