Təchizatçılarla tanış olun

Yemək üzrə təchizatçılarımız

Məhsullarımızın haradan gəldiyinə diqqət yetiririk. Bu səbəbdən, biz “McDonald’s”ın əməkdaşlıq etdiyi təchizatçılar tərəfindən yüksək məsuliyyətlə yetişdirilən ərzaqlardan istifadə edirik. Sizin üçün dadlı və faydalı yeməklər hazırlamağımıza imkan verən qida məhsulları ilə bizi təmin edən təchizatçılardan bəziləri ilə tanış olun.

Tərəvəz təchizatçısı, “A AGRO” MMC

“A AGRO” müxtəlif növ botaniki bitki və tərəvəzlərin becərilməsi və emal olunması sahəsində ən böyük şirkətlərdən biridir.

Süd təchizatçısı, “Milla” MMC

2011-ci ildə “Azerbaijan Food & Packaging Company” şirkəti tərəfindən fəaliyyətinə start verilən “Milla” brendi aydın bir məqsədə malikdir – yerli istehsal olan yüksək keyfiyyətli süd məhsullarını təqdim etmək.

Kartof təchizatçısı, Polşanın “McCain” şirkəti

“McCain” şirkəti illər boyu kartof qəlyanaltıları geniş çeşidini təqdim edərək bütün dünya üzrə istehlakçılara nahar vaxtlarını xoş keçirməyə kömək edir.

Mal əti təchizatçısı, “MARR RUSSİYA” şirkəti

“MARR RUSSİYA” “McDonald’s”ın Azərbaycandakı şəbəkəsini restoranlarda təqdim olunan kotletlərin hazırlanması üçün istifadə olunan yüksək keyfiyyətli mal əti ilə təmin edir.

Toyuq əti təchizatçısı, “Miratorq” şirkəti

“Miratorq” şirkəti üçün ətin keyfiyyəti və təhlükəsizliyi birinci yerdədir. “Miratorq” quşların sağlamlığını qorumağa və onları mümkün qədər təbii şəraitdə böyütməyə imkan verən yenilikçi həllərdən istifadə edərək cücələri hormon və böyüməni dəstəkləyən maddələr olmadan yetişdirir.

Dəniz məhsulları təchizatçısı, “Espersen” şirkəti

“Espersen” şirkəti bloklarda dondurulmuş balıq, dondurulmuş file, xüsusi doğranmış, eləcə də una batırılmış və qat-qat xəmirdə yarımfabrikatların istehsalında dünya lideridir. Şirkətin müasir zavodları və qeyri-istehsal vahidləri Danimarka, Fransa, Litva, Polşa, Rusiya, İspaniya və Vyetnamda yerləşir.

Qəhvə təchizatçısı, “Paulig” şirkəti

“Paulig” – qəhvə dolu önəmli anlar və qəhvənin parlaq gələcəyi üçün.