Tərəvəz təchizatçısı

Tərəvəz təchizatçısı, “A AGRO” MMC

“A AGRO” MMC müxtəlif növ botaniki bitki və tərəvəzlərin becərilməsi, emalı, bitki və tərəvəzdən müxtəlif növ hazır məhsulların istehsalı və satışı sahəsində böyük şirkətlərdən biridir. Bu sahədə təkcə Azərbaycanda deyil, bütün Qafqaz bölgəsində liderdir.

İstehsal etdiyimiz bütün məhsullar Avropa standartlarına cavab verən yüksək texnologiyalı, qabaqcıl avadanlıq və maşınlar tərəfindən emal olunur, xırdalanır və qablaşdırılır. Bu cür istehsal prosesləri istehsal etdiyimiz qida məhsullarını risk və təhlükələrdən qoruyan, həmçinin onların tam təhlükəsizliyini təmin edən çoxpilləli təhlükəsizlik tədbirlərindən ibarətdir. Hər məhsul milli və beynəlxalq standartlara uyğun olaraq bütün sanitariya normalarına və qaydalarına riayət etməklə hazırlanır.

“A AGRO” həmişə müştərilərin, alıcıların və istehlakçıların sağlamlığına qayğı ilə yanaşır. Buna görə də, müştərilərimizin maksimum məmnun olması üçün şirkət istehsal zamanı hər zaman qida təhlükəsizliyi və yüksək keyfiyyətinə uyğunluq prinsipinə sadiq qalır.