Sumqayıtda ilk “McDonald’s” restoranı açıldı
6 mart, 2021 tarixində Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı baş tutdu. Restoran Sülh küçəsi, Bağça Şəhər yaşayış kompleksi, bina 16A ünvanında yerləşir.
Yeni restoranda müştərilər dadlı yeməklərlə yanaşı, sürətli və keyfiyyətli yerində xidmətdən də yararlana bilərlər. Bundan başqa, Sumqayıt sakinlərinə sifarişin qapıya çatdırılmasını nəzərdə tutan “McDelivery”, eləcə də maşını tərk etmədən sifariş vermə, ödəmə və sifarişi qəbul etmə kimi rahat imkanlar yaradan “MakAvto” xidməti də təqdim olunur. Həmçinin burada bir çoxunun bəyəndiyi interaktiv özünəxidmət köşkü də mövcuddur. Sifariş vermənin bu rahat üsulundan faydalanan qonaqlar sensor ekrandan istifadə etməklə sifariş verə, ödənişi isə sifarişi qəbul edərkən bank kartı və ya nağd şəkildə həyata keçirə bilirlər.
Koronavirus pandemiyası ilə bağlı vəziyyətin çətinliyinə baxmayaraq, şirkətimiz inkişaf etməkdə və Azərbaycan ərazisində yeni restoranlar açmaqda davam edir. Məmnunuq ki, Sumqayıtda ilk “McDonald’s” açmaqla bu şəhərdə infrastrukturun inkişafının bir parçasına çevrilirik.
Yeni “McDonald’s” restoranlarının açılması çoxlu sayda yeni iş yerlərinin yaradılması deməkdir. Ən qabaqcıl ictimai qida şəbəkələrindən biri olaraq, ölkədə artıq 20-dən çox restorana malik “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 1.400-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.